​Suriya ABŞ-a görə BMT-yə iki məktub göndərdi

Baxış sayı:
202

Suriya Xarici İşlər Nazirliyi ABŞ koalisiyasının Suriyanın İraqla sərhədində yerləşən Hacin bölgəsinə təşkil etdiyi hava hücumu ilə bağlı BMT-yə iki məktub ünvanlayıb.
Muxalifet.az xəbər verir ki, nazirlik 26 nəfərin ölməsi ilə nəticələnən hücumla bağlı BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasının rəhbərinə göndərilən rəsmi məktubda əsl hədəfin mümkün olduqca daha çox mülki vətəndaşın öldürülməsi, daha çox dağıntılar törətmək və evləri yox etmək olduğu vurğulanıb.
Suriya XİN BMT-ni və digər beynəlxalq təşkilatları ABŞ və liderliyindəki koalisiyasının törətdikləri vəhşiliklərin qarşısını almağa çağırıb. Bu istiqamətdə təcili və təsiredici tədbirlərin görülməsinin lazım olduğunu bildirən nazirlik cinayətin ciddi və şəffaf araşdırılmasını tələb edib.
Qeyd edək ki, ötən gün ABŞ koalisiyasının Suriyanın İraqla sərhədində yerləşən Hacin bölgəsinə təşkil etdiyi havada hücumunda 14-ü uşaq olmaqla, 26 mülki vətəndaş ölüb.