SURİYA 3 HİSSƏYƏ BÖLÜNƏCƏK - Sensasion planın detalları / TƏHLİL

Baxış sayı:
6796

İdlibdə xain hücum nəticəsində 34 türk əsgərinin şəhid olması və buna cavab olaraq Türkiyə ordusunun qarşısına çıxanı məhv etməsi iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirdi. Bir-birinə bağlı münasibətlər Idlibdə düyünləndi. Heç kim ordan geri çəkilmək istəmir. Nə biz, nə ruslar, nə rejim, nə İran, nə də qarşısı alına bilməyən güclü ölkələr. ABŞ artıq oyunun hər pilləsində var...
Maraqlı cavab budur: “Rusiya ilə Türkiyənin bu qədər yaxın olduğu zaman necə oldu ki, bu iki ölkə bir anda müharibənin bir addımlığına gəldi? Əhəmiyyətli olan budur..." 
Bu gün İdlib dünyanın bütün hərbi mərkəzlərinin diqqətlə izlədiyi bir nöqtədir. Çünki İdlib çox strateji bir bölgədir. 2017-ci ildə Türkiyə ilə Rusiya İdlib mövzusunda əhəmiyyətli bir razılaşmanın görüş birliyinin astanasında idi. Türkiyə İdlibdə Cəbəl-i Şeyx Dağı ətəklərində hərbi baza inşa edəcəkdi. Rusiya ilə Aralıq dənizində tərəfdaş olacaqdı... 2017-ci ilin xəbərlərinə baxdıqda, bunlar aydın şəkildə başa düşüləcək...
Ancaq ABŞ nümayəndə heyəti həmin həftə Afrində ruslarla görüşdü. Tez bir zamanda masa quruldu. ABŞ açıqca Türkiyənin İdlibdə quracağı hərbi bazaya qarşı çıxdı. Ruslara Aralıq dənizində ABŞ-la tərəfdaşlıq təklif etdi.
Moskva da bu təklifi qəbul etməyə məcbur qaldı. Ancaq Rusiya Türkiyə ilə ortaqlıqdan vaz keçmək istəmirdi.
Xarici siyasət belə bir şey idi.

Bir əli tutduğunuz üçün digər əli buraxmaq məcburiyyətində deyilsiniz..
Ağıl cevik bir həll yolu əmr edər! Boş durmayan ABŞ Rusiyaya qarşı cəza planına başladı.
Rusiyanın Latakiya yaxınlığında yerləşən Hmeymin Hərbi Hava Bazasına “Dron” hücumu başlatdı. Yanvar ayındakı hücumda 11 rus əsgəri öldü, Rusiya yenə Türkiyə ilə hərbi baza mövzusunda tam olaraq qərarını verməyincə, ikinci hücum 2018-ci ilin martında reallaşdı. Əlbəttə, hücumların “Türk-Rus” yaxınlaşması səbəbindən olduğunu heç kim bilmirdi. Ancaq bir qüvvə daim hər şeyi Rusiyanın üstünə atmağa çalışırdı...
Hücumların kəsilməyəcəyini görən Rusiya o andan etibarən Türkiyə ilə İdlib mövzusunda heç bir zaman razılaşma əldə edə bilməyəcəyini gördü.

ABŞ əsla buna icazə vermirdi... 

Bu gün Putin Türkiyə ilə razılaşmaq istəsə belə, bu gücü yoxdur. Çünki Putin əslində “big boss” deyil.
Suriya və Aralıq dənizi ilə bağlı Putinin gücü çatmadığı qüvvələrin qəbul etdiyi qərarlar yerinə yetirilir. Əlbəttə, Putinin bunu ortalığa çıxıb söyləmək yolu yoxdur. Ancaq Putinin Türkiyə ilə addım atmaq istədiyi dəqiqdir! Buna dair bir çox ipucu var. Ancaq görünən mənzərə budur ki, ABŞ bunu istəmir və buna icazə verməyəcək.
2000-ci ildə Barents dənizində qəza nəticəsində 108 metrə düşüb batan K-141 Kursk nüvə sualtı qayığında 118 əsgər həyatını itirdi. Putin ABŞ-dan onları xilas etmək üçün kömək istəmişdi. ABŞ əsgərləri xilas edəcəyinə də söz vermişdi. Ancaq həmin gün Putini vəzifəyə gətirən güc buna imkan vermədi. "Qətiyyən olmaz" dedi. Deməli, Putin bu gün də güclü deyil, 2000-ci ildə güman edildiyi qədər güclü deyildi. Bir illüziya var və Putin onun içində olmaqdan narahat deyil.

MOSKVADAKI “DƏRİN DÖVLƏT” KREMLİ İDARƏ EDİR

Bəs indi nə baş verir? Bu sual cavab gözləyir...
Rusiya və ABŞ Suriyanı üç yerə bölmək üçün razılaşdı. Artıq bu hamıya məlumdur. İdlib də Əsədin kiçik dövlətinin bir hissəsi olaraq qəbul edildi. Ancaq Türkiyə oyunu pozdu. Aydındır ki, İdlib əməliyyatları, bölgədə türk əsgərinin olması ABŞ və Rusiyanın böyük planını pozdu.
Məsələ budur! Rusiya Suriyanın "ərazi bütövlüyü"nün qorunması ilə bağlı açıqlamalar versə də, Suriyadan kənarda kürd dövləti və sünni ərəb dövlətinin liderlərini də müəyyənləşdirdilər. Əlbəttə, İdlib çox vacibdir. Ancaq aşağıdakı həqiqəti unutmayaq. Putin və ABŞ bir plan hazırladılar. Ancaq Rusiya Putin deyil. Bu səbəbdən Putini Kremldə oturdan güc Suriyada qurulacaq 3 dövlətin liderlərini təyin etdi.
Bəli, Əsəd əslində Rusiya "dərin dövləti"nin təyin etdiyi prezidentidir.
Bir çox hallarda Putinin Əsədə necə davrandığını və media qarşısında yox saydığını gördük. Əsəd hətta öz ölkəsində Putin ilə bərabər qırmızı xalçada gəzə bilmədi. Rus general gəlib onu qolundan tutdu və kənara çəkdi. Xatırlayın...

Bu hadisələr çox köhnə deyil... Əsəd Rusiya "dərin dövləti"nın gücü ilə ordakı kreslosundadır.
Türkiyə də Əsədi hədəf seçərək, əslində Rusiya "dərin dövləti"n savaş açdı. Vəziyyət budur! Bu mediada göstərilməyən mənzərədir ...
Putin öz dövləti içərisində birliyi təmin edə bilmirsə, prezident Ərdoğana verdiyi sözün heç bir mənası olmayacaq...Putini idarə edən “Güc” Rusiyanın adından razılaşmanı pozarsa, Putinin sözünün hökmü qalmayacaq…
Bu ehtimal göz qarşısında saxlanılsa, bölgədə gərginliyin artma ehtimalı heç də az deyil ... İnşallah, bunun tərsi olar, amma bu da güclü ehtimaldır...
Türkiyə əlindəki ən böyük kartı Avropaya qarşı istifadə etdi. Təəssüf ki, Avropa Birliyi ölkələri hər bir suriyalı qaçqını insanlıq üçün ayıb olsa belə, “Koronavirus”dan daha təhlükəli görürlər. Gərginlik saçan fotolar bunu artıq göstərir...
İndi Avropa İdliblə bağlı qərar verməlidir.
Əlbəttə ki, Rusiyaya reaksiya aydındır.

Ergün Diler, "Takvim"

Tərcümə Muxalifet.az-ındır