Suraxanıda iki piyadanı maşın vuraraq öldürüb

Bakının Suraxanı rayonunda iki piyadanı maşın vurub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 21-də saat 19 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində Bakı şəhər sakini Nazim Nuriyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 60-65 yaşlı qadını vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
 Digər hadisə elə həmin gün saat 23 radələrində Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Vüsal Hüseynov idarə etdiyi “NAZ Lifan” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub, piyada hadisə yerində ölüb.
 Hər iki faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.