SUPERMARKETƏ SİLAHLI HÜCUM OLDU, YARALANAN VAR

Basqın edən şəxs hadisə yerindən qaçıb
Almaniyanın Bremen şəhərindəki supermarketlərdən birinə silhalı basqın olub.
“Report” "Haberturk"ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ağır yaralanıb.
Məlumata görə, supermarketə basqın edən şəxs hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Basqını törədən şəxsin kimliyi və hadisənin səbəbi hələlik məlum deyil.