​Supergüclərdən DƏQİQ SİQNAL: “Müharibəyə hazırıq!” - “ÖLÜM OYUNLARI” BAŞLADI

Baxış sayı:
1957

NATO-nun, həmçinin Rusiya və Çinin genişmiqyaslı hərbi təlimləri hər iki tərəfin müharibəyə hazır olduğunu göstərməyə xidmət edir.
Muxalifet.az xəbər verir ki, bu haqda NATO-nun Avropadakı güclərinin keçmiş baş komandanı Ceyms Stavridis “Blomberg” üçün yazdığı məqaləsində bildirib.
Stavridis unutmamağa çağırıb ki, bu təlimlər “ölüm oyunlardır”.
“Ən yaxın bir neçə həftə ərzində Rusiya və NATO son dərəcə dəqiq siqnalla genişmiqyaslı hərbi təlimlər keçirəcək: “Biz müharibəyə hazırıq”, - Ceyms Stavridis yazıb.
Xüsusi halda, söhbət Rusiyanın keçirməyi planlaşdırdığı “Şərq-2018” (Sentyabrın 11-15 arası keçiriləcək – red.) hərbi təlimlərindən gedir. Təlimlərdə təxminən 300 min Rusiya, həmçinin minlərlə Çin hərbçisi iştirak edəcək. Məqalə müəllifinin sözlərinə görə, hərbi təlimlərlə Qərbə verilən siqnal açıqdır: Rusiya və Çin Sakit okeanı regionunda NATO və ya ABŞ-a qarşı birgə dayana bilər.
Öz növbəsində, Şimali Atlantika İttifaqı “Trident Junction 2018” (noyabr ayında keçiriləcək – red.) təlimlərini keçirəcək. Təlimlərdə NATO-nun 29 üzv ölkəsinin 40 min hərbçisi iştirak edəcək. Diqqətəlayiqdir ki, təlimlərə həmçinin NATO-nun üzvü olmayan iki ölkə - Finlandiya və İsveç də qatılacaq. Rusiyada ehtiyat edirlər ki, bu ölkələr ittifaqa giriş imkanına baxa bilər və onların təlimlərdə iştirakı odun üstünə yalnız yağ tökəcək.