"Süni tənəffüs aparatına qoşulanların sayı çoxdur" - Yaqut Qarayeva

Baxış sayı:
569

Hazırda əvvəlki dövrlə müqayisədə süni tənəffüs aparatına qoşulanların sayı daha çoxdur.

Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva koronavirus xəstələri barədə danışarkən deyib.

Onun sözlərinə görə, səbəb xəstəliyin birbaşa tənəffüs sisteminə təsir etməsidir:

Təəssüf ki, insanlar özləri də, bəzən həkimlər də xəstəyə ilkin mərhələdə antibiotiklər təyin edir. Bu, yanlışdır. Xüsusi ağırlaşma olmazsa, antibiotikdən qaçmaq lazımdır".