Süni beyin ilk dəfə olaraq düşündü - Alimlərdən YENİ KƏŞF

Baxış sayı:
12089

Yaradılan süni beyin ilk dəfə olaraq düşünməyi bacarıb.

Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, Kaliforniyada San Dieqo Universitetinin alimləri süni şəkildə yetişdirdikləri beyində neyron fəaliyyətini qeydə alıblar. 

Bu haqda Stem Cellin elmi məqaləsində qeyd olunub. Tədqiqatçıların sözlərinə görə, süni beynin sinxron impulsları vaxtından əvvəl doğulmuş uşaqların elektroensefaloqramına bənzəyir. 

Süni insan orqanı yetkin insanın kök hüceyrələrindən yaradılıb. Alimlər kök hüceyrələrini beyin qabığının kiçik bir hissəsinə çevirə biliblər.