Sumqayıtın boş qalan küçə və yolları / VİDEO

Baxış sayı:
334

Azərbaycanın iri rayon və şəhərlərində tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsindən sonra Sumqayıt şəhərində insanların küçəyə çıxması və nəqliyyatın hərəkəti qadağan edilib.

"Report" xəbər verir ki, şəhərin daim sıxlıq müşahidə olunan küçə və prospektləri hazırda boşdur. 

Polis mərkəzlə yanaşı məhəllə arası yollara da nəzarət edir. Qurulan postlarda polis əməkdaşları ilə bərabər Daxili Qoşunların əsgərləri də xidmət aparırlar.

Xatırladaq ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla). 

Bu müddətdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin küçəyə çıxması qadağan edilib.