Sumqayıtı qara tüstü bürüdü - Dəhşətli yanğının görüntüləri

Baxış sayı:
3973

Sumqayıt şəhərində yerləşən zavodlardan birinin ərazisində yanğın başlayıb.

"Yeni Sabah" xəbər verir ki, yanğın zamanı əmələ gələn qara tüstü şəhərin bütün ərazisindən görünür.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, şəhərin İnşaatçılar qəsəbəsində zavod ərazisində təkər tullantıları yanır.

Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

/Oxu.az