​"Sumqayıt"dan əzmkar qələbə

Baxış sayı: 65

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Muxalifet.az xəbər verir ki, Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə “Zirə” üz-üzə gəlib.
Matçda hesabı qonaqlar açsa da, sonda sevinən tərəf meydan sahibləri olub - 2:1.
Turun açılış oyununda "Səbail" "İnter"i məğlub edib - 1:0. Bu gün isə “Neftçi” “Kəpəz”i eyni hesabla üstələyib. Tura oktyabrın 22-də keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, IX turu
"Sumqayıt” – "Zirə” - 2:1
Qollar: Amil Yunanov, 38. Vurğun Hüseynov, 83 - Sadio Tounkara, 4.