Sumqayıtdakı yanğınla bağlı FHN-in məlumatı

Sumqayıt şəhərində ümumi sahəsi 4420 m² olan beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində taxta konstruksiyalardan quraşdırılmış rəflər, əşyalar 100 m² sahədə və 15 otağın giriş qapıları yanıb.
 
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini xilas, 20 nəfəri isə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, Sumqayıtda yataqxanada partlayış, ardınca yanğın olub.
Sumqayıt Təcili Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, 25 nəfər xəstəxanaya yerləşdirilib.
Həmçinin qeyd edilir ki, 1 nəfər 14 yaşlı qızın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.