Sumqayıtda zəncirvari yol qəzası - 2 sürücü ağır yaralandı - Video

Baxış sayı:
355

Sumqayıtda zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var.

Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə Çerkassi və Niyazi küçəsinin kəsişməsində qeydə alınıb.

KİA, Lada və Mersedes markalı 3 minik avtomobilinin toqquşması ilə nəticələnən zəncirvarı yol nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı Lada və KİA markalı avtomobilin sürücüləri ağır xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.