Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Sumqayıtda yaşayış binasında yanğın olub.
 
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, ümumi sahəsi 72 kv.m olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd "LG" markalı televizor və mebel 3 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini (o cümlədən 4 nəfər azyaşlı) təxliyə olunub. Mənzil yanğından mühafizə edilib.
 Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.