​Sumqayıtda sahibkarlar etiraz aksiyası keçirdi

Sumqayıt şəhərində "Karvan" ticarət mərkəzində sahibkarlar etiraz aksiyası keçirib.
Lent.az xəbər verir ki, səhər saatlarında başlayan aksiyaya səbəb ticarət mərkəzində icarə haqlarının çox olmasıdır. Hadisə yerinə şəhər icra başçısının müavini Akif Quliyev, ticarət departamentinin məsul şəxsləri gəlib.
Bildirilir ki, artıq "Karvan" TM-in rəhbərliyi aksiyaçılara güzəştə gedib. Belə ki, icarədarlar növbəti 3 ay ərzində 50 faizlik güzəşt əldə edib və vergilərdən azad olunublar.