Sumqayıtda özünü güllələyən kişinin məktubu tapıldı - FOTO

Baxış sayı:
1753

Fevralın 19-da Sumqayıtda H.Z.Tağıyev qəsəbəsində baş verən intiharın təfərrüatı məlum olub. Belə ki, Vitali Qreçkin intihar etməzdən əvvəl ölümqabağı məktub yazıb.

Muxalifet.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Daha əvvəl xəbər verilmişdi ki, 1975-ci il təvəllüdlü V.Qreçkin babasından miras qalan ov tüfəngi ilə özünü ağızdan vurub. Hadisə başqa bir şəxsə məxsus həyət evində təxminən saat 14:20 radələrində  baş verib. V. Qreçkinin meyiti ilk olaraq ev sahibi tərəfindən aşkar edilib.

Hadisə yerində tapılan məktubda hər şeyin diktafona yazıldığı qeyd olunub. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları diktafonda V.Qreçkinlə həyat yoldaşı arasında olan telefon danışığının audio yazısını aşkarlayıblar. Qadın Rusiyada yaşamağa gedib və kişi ondan qayıtmasını istəyib. Lakin qadın qayıtmaqdan imtina edib. Nəticədə, V.Qreçkin depressiyaya düşüb və özünü vurub.