Sumqayıtda ofis və ona bitişik kafe yandı

Baxış sayı:
1795

Sumqayıtda ofis kimi fəaliyyət göstərən tikilidə və ona bitişik kafedə yanğın olub. FHN-dən verilən məlumata əsasən, şəhərdə ümumi sahəsi 54 m² olan tikilinin (ofis kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində 1 ədəd məişət avadanlığı, ona bitişik ümumi sahəsi 70 m² olan kafenin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb. Kafenin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​