​Sumqayıtda "Mercedes" yandı

Baxış sayı:
2437

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.
Muxalifət.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları qismən yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.