Sumqayıtda maşın azyaşlını vurub öldürdü

Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 14-də saat Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Orxan Məmmədov idarə etdiyi VAZ-21074 markalı avtomobillə yolu keçən həmyerlisi, azyaşlı Samir Mövsümovu vurub. 
Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.