Sumqayıtda ekoloji çirklənmənin qarşısı tam alınıb – Nazir

Baxış sayı:
7102

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında mətbuat konfransı keçirib. Muxalifet.az xəbər verir ki, nazir təbiətin qorunması sahəsində YAP-la birgə böyük proqram hazırladıqlarını bildirib. O qeyd edib ki, bu həm ictimai nəzarət, həm də böyük layihələrə dəstəkdir. Nazir ilk olaraq atmosfer havasının çirklənməsinin qarşısının alınması barədə danışıb: “Böyük müəssisələr, nəqliyyat sektoru böyük şəhərlərdə havanı çirkləndirən əsas amillərdir. Son illərdə köhnə müəssisələrin sayı azalıb. Demək olar ki, köhnə müəssisələr bağlanıb. Sumqayıtın nümunəsində görə bilərik ki, atmosfer havası köhnə kimyadan təmizlənib. Orada yeni zavodlar yaradılıb. Yeni texnologiyaların tətbiqi ilə orada uğurla həyata keçirlir. Yeni açılan polipropilen, karbamid zavodunu az tullantılı zavodlar adlandırmaq olar. Bizim məqsədimiz tulantıların həcmini minimuma endirməkdir. Müəssisələr özləri də maraqlı olmalıdırlar ki, tullantıların sayı daha az olsun. Çünki onlar hər bir müəssisəyə görə ödəniş edirlər. Onlar özləri də maraqlı olmalıdırlar ki, daha az tullantı olsun ki, daha az ödəniş edilsin. Sumqayıtda ekoloji çirklənmənin qarşısı tam alınıb. Orada daha sağlam şərait hökm sürür. Bakıya gəldikdə isə neft emalı zavodları mövcuddur. Məsələn, Heydər Əliyev adına Neft Emalı Zavodu əvvəllər şəhərin kənarında yerləşirdi. İndi isə şəhər böyüdüyü üçün zavod da şəhərin mərkəzində yerləşir. Böyük bir modernizasiya planı hazırlanıb. Biz növbəti illərdə bu zavodun yeni texnoloji rejimdə işlərən, təbiətə dost müəssisəyə çevrilməsini görəcəyik. Digər narahatedici faktor sözsüz ki, nəqliyyat sektorudur. Tullantıların əksər hissəsi nəqliyyatın payına düşür. Dövlət orqanları ilə bu istiqmətdə işlər gedir. Yəni, avtomobil parkının yenilənməsinə necə nail ola bilərik. Həm köhnə maşınların utulizasiyası, həm də idxal zamanı daha az tullantılı avtomillərin gətirilməsi barədə düşünürük. Bu mənada elektrik, hibrid avtomolllərin ölkəəyə gətirilməsi bizim üçün hədəfdir. Biz çalışırıq ki, buna nail ola bilək. Çünki ölkə üzrə avtomobil parkının köhnəlməsi çox intensiv şəkildə gedir. Nə qədər köhnəlirsə tullantılar da bir o qədər çox olur”. Nazir qeyd edib ki, digər məsələ su ehtiyatları, suyun istifadəsi ilə bağlıdır: “Bu, bizim üçün bir hədəfdir. Suya da qənaətli yanaşmanı həyata keçirməliyik. Su itkisinə yol verməməliyik. Bizdə belə bir söz var; su qiymətinə. Burada bizim problemlərimiz böyüməyə doğru gedir. Biz Bakı və Abşeon yarımadasına içməli suyun təkrar istifadəsində yaxşı nəticələr əldə edə bilməmişik. Bu sahədə işlər gedir. Biz sıra qurumlar bu sahədə işə başlayıb. Amma burada görüləsi işlər çox böyükdür. Vətəndaşlar tərəfindən suya daha qənaətlə münasibət bəslənməsi vacibdir. Rayonlarda da eyni vəziyyət hökm sürür. Bu, istər-istəməz çaylarda da sululuğun səviyyəsinə təsir edirik. Suyun qənaətlə istifadəsinə nail olmağımız üçün böyük hədəflər var. Təkcə dövlət orqanları tərəfindən deyil, hər bir vətəndaş evində siuya olan münasibəti dəyişməlidir. Su bizim sərvətimizdir. Onun qiyməti getdikcə artacaqdır. Çünki su tükənən sərvətdir. Onun qənaətlə işlədilməsinə nail olmalı, səmərəsiz istifadəsinin qarşısını almalıyıq”.