Sumqayıtda dənizdə batan şəxsin meyiti tapıldı - YENİLƏNİB

Sumqayıtda dənizdə batan şəxsin meyiti tapılıb.
 
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri 2001-ci il təvəllüdlü Qasımov Salehin cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər./apa
 ***
 14:09
 Sumqayıtda bir nəfər dənizdə batıb.
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində 1 nəfərin dənizdə çimərkən batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlayıblar./apa