SUMQAYITDA DƏHŞƏTLİ QƏTL: Xalasını öldürüb evi soydu

Baxış sayı:
7567

Ögey xalasını qətlə yetirməkdə təqsirləndirilən Ramil Əbilov barəsində olan hökmdən kassasiya şikayəti verib.

Muxalifet.az “Ölkə.Az”a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmədə hakim Gülzar Rzayevanın icraatına verilib.

Şikayət üzrə məhkəmə prosesi yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, hadisə ötən il iyul ayının 22-də Sumqayıt şəhərində baş verib. Masallı rayon sakini R.Əbilov ögey xalası Gülyaz Musayevanın mənzilinə gələrək, onu xüsusi amansızlıqla öldürüb və oradan 800 manat pul və bir ədəd kompüter aparıb. Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Əbilov tutulub.

Xatırladaq ki, R. Əbilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.