Sumqayıtda DƏHŞƏT - 66 yaşlı kişi özünü yandırdı

Baxış sayı:
1055

Sumqayıtda 66 yaşlı kişi özünü yandırıb.

Muxalifet.az apa-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 1953-cü il təvəllüdlü Ağalarov Pənah Şirin oğlu üzərinə benzin tökərək özünü yandırıb.

Dərhal yaxınlıqdakı şəxslərin köməyi ilə alov söndürülüb. Hadisə nəticəsində P. Ağalarovun bədəninin bir hissəsi yanıb. O, dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.