Sumqayıtda avtobusun binaya çırpılma anı - VİDEO
22-02-2019 11:36
Baxış sayı:
11185
Sumqayıtda marşrut avtobusunun dəhşətli qəza anı müşahidə kamerasına düşüb.
Muxalifet.az xəbər verir ki, görüntülərdə avtobusun "Toyota Prado” markalı avtomobillə toqquşduqdan sonra binaya çırpılması əks olunub.
Xatırladaq ki, hadisə zamanı 42 nəfər xəsarət alıb. Onlardan 2-si hamilə qadındır.
12 nəfər müayinə olunduqdan sonra evə buraxılıb, 6-sı isə reanimasiyaya yerləşdirilib.
Qəzaya uğrayan 30 saylı avtobus Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edib.