Sumqayıtda avtobusun altında qalan şəxs öldü

Baxış sayı:
10897

Sumqayıtda ağır yol qəzası baş verib. İyunun 2-də saat 10 radələrində Sumqayıt şəhəri 26-cı məhəllənin ərazisində şəhər sakini S.Cəbrayılov idarə etdiyi “Akia” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Ramil Mirseyibovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır./Publika