Sumqayıtda ağır qəza: Piyada öldü

Baxış sayı:
8479

Sumqayıtda şəhər marşrutu üzrə hərəkət edən sərnişin avtobusu qəza törədib. Hadisə şəhərin Səməd Vurğun küçəsində, 4 nömrəli şəhər xəstəxanasının qarşısında baş verib.
Sumqayıt şəhər Polis İdarəsindən azərtac-a bildirilib ki, yolu keçmək istəyən 1979-cu il təvəllüdlü Müseyibov Ramil Abdulla oğlunu Samir Cəbrayılovun idarə etdiyi “50 AE 675” dövlət nömrə nişanlı 30 nömrəli marşrut avtobusu vurub.
Nəticədə ağır bədən xəsarətləri alan piyada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.