​SUMQAYIT YOLUNDAKI MƏŞHUR KAFE ƏXLAQSIZLIQ YUVASI ÇIXDI – VİDEO

Baxış sayı:
12046

Bakı-Sumqayıt yolu üzərinə yerləşən kafelərdən birinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi məlum olub.
Bu barədə sosial şəbəkə istifadəçilərindən biri məkandan video çəkdikdən sonra üzərində etdiyi qeyddə bildirib.
Məlumatı verən şəxs qeyd edib ki, buradakı qızlar 20 AZN müqabilində intim xidmət göstərirlər. Hətta ofisiantlar kafeyə gələn müştərilərə yaxınlaşaraq qız təklif edirlər:
“Türkiyəli qonaqlar xahiş etmişdilər ki onları aparım, bir az gəzsinlər, maşına əyləşən kimi onları Sumqayıt yolunun üzərində yerləşən məşhur məkanlardan birinə aparmağımı xahiş etdilər. Neçə ildir fəaliyyət göstərən bu obyekti mən tanımırdım, amma görünür, mənim bilmədiyim daha çox biabırçılıq var imiş. Söhbət ondan gedir ki, ofisiant yaxınlaşıb deyir ki, hansı qızı istəyirsən, mənə de, göndərim. Yoxsa məsələ qızların orda olmasından getmir”.
Red: Kafenin adı redaksiyamıza məlum olsa da, reklam xarakterli ola biləcəyi nəzərə alınaraq açıqlamırıq.
Sözügedən kafedən görüntüləri təqdim edirik: /A24.Az