Sumqayıt yolunda ağır qəza: ata və oğul ölüb - YENİLƏNİB

Hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb
 
Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol nəqliyyat hadisəsi zamanı həyatını itirmiş şəxslərin kimliyi məlum olub.
Həlak olan şəxslər ata və oğuldur:
1974- cü il təvəllüdlü İsmixanov Etibar Rizvan oğlu,
1997-ci il təvəllüdlü İsmixanov Araz Etibar oğlu /report
*** 02:14
Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Tərəvəz daşıyan Qazel markalı avtomobil MAN markalı qoşqulu yük avtomobilinə arxa hissədən zərbə ilə dəyib. Nəticədə Qazelin sürücüsü və yanındakı sərnişin dünyasını dəyişib.
Qazel zərbədən sonra deformasiyaya uğradığından həlak olanların cəsədləri FHN-nin xüsusi riskli xilasetmə xidməti əməkdaşları tərəfindən maşından çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.