SUMQAYIT SAKİNİNDƏN DƏHŞƏTLİ ƏMƏL - Qonaq getdiyi yerdə iki gənci bıçaqladı

Baxış sayı:
787

Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, hadisə Ağsu şəhəri ərazisində qeydə alınıb.
Sumqayıt şəhər sakini olan bir şəxs rayon ərazisinə gələrək Ağsuda yaşayan rayon sakinləri Şirəliyev Tural Qurban oğlu və Abasov Pərviz İdris oğlunu bıçaqlayıb və hadisə yerindən qaçıb.
Yaralılar təcili olaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunublar.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.