​“Sumqayıt” - “Qarabağ” oyunu Suraxanıda keçiriləcək

Baxış sayı:
457

Azərbaycan Premyer Liqasının IV turunda keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyununun yeri dəyişdirilib.
Peşəkar Futbol Liqasından verilən məlumata görə, dəyişiklik “Qarabağ”ın Peşəkar Futbol Liqasına müraciəti əsasında reallaşıb. Avropa Liqasının qrup mərhələsində “Sportinq”ə qarşı matça daha yaxşı hazırlaşmaq və mümkün zədə riskini azaltmaq üçün “Sumqayıt”la matçın təbii örütüklü “Azersun Arena”da keçirilməsini xahiş edib.
“Qarabağ”ın rəsmi müraciətini və “Sumqayıt”ın razılıq məktubunu rəhbər tutan Peşəkar Futbol Liqası “Sumqayıt” – “Qarabağ” oyunun 14 sentyabr 2018-ci il saat 20:00-da “Azersun Arena”da keçirilməsinə qərar verib. Bu qarşılaşmada meydan sahibi kimi “Qarabağ”, hər iki komandanın iştirakı ilə dördüncü dövrənin oyununda “Sumqayıt” təsdiq edilib.