​“Sumqayıt” - “Qarabağ” matçında dava — Azarkeşlər oturacaqları qırdı

Baxış sayı:
2968

Azərbaycan Premyer Liqasının 28-ci turunda “Sumqayıt” - “Qarabağ” matçında insident baş verib.
Muxalifet.az "Offsideplus"a istinadən xəbər verir ki, matçın ilk hissəsində iki klubun azarkeşləri bir-birilərinin əleyhinə şüarlar səsləndiriblər.
Bundan sonra tribunalarda qarışıqlıq düşüb. Azarkeşlər oturacaqları qıraraq atıblar.
Polis qarışıqlığa dərhal müdaxilə edib. 4 nəfər "Qarabağ" azarkeşi saxlanılıb.
Matçın ikinci hissəsində isə "Sumqayıt" azarkeşləri qadağan olunmuş pirotexniki maddə yandırıblar. Buna görə də 1 nəfər saxlanılıb.
Qeyd edək ki, "kimyaçılar" evdə, son 4 ilin çempionunu "büdrədərək" Bakıya 1 xalla yola salıb - 1:1.
Turun bu gün keçirilən digər matçında "Kəpəz" doğma meydanda "Səbail"i qəbul edib. Son 7 turda məğlub olan gəncəlilər baş məşqçi Yunis Hüseynovun rəıhbərliyi altında ilk xallarını qazanıblar - 2:1.