Şumaxerin şəxsi təyyarəsi və bağ evi satılıb

"Formula-1"in yeddiqat çempionu Mixael Şumaxerin həyat yoldaşı Korinna Şumaxer idmançının 25 milyon funt dəyərində olan şəxsi təyyarəsini və Norveçdəki bağ evini satıb.
Yarışçını müalicə edən həkimlər Şumaxerin tam olaraq sağalması ehtimalının az olduğu qənaətinə gəliblər və bu, onun həyat yoldaşının təyyarə və bağ evinə artıq ehtiyac duymayacağı barədə qərar qəbul etməsinə rəvac verib.
Mixael Şumaxer 29 dekabr 2013-cü ildə dağ xizəyi idmanı ilə məşğul olarkən ağır zədə alıb. ("Report")