​Sumatra adasında vulkan püskürdü— VİDEO

Baxış sayı:
8653

Sumatra adasında Sinabunq vulkanı püskürüb.
Muxalifet.az xəbər verir ki, vulkan 5 km hündürlüyə püskürüb. Vulkan külündən yaranan duman qatı bir neçə kilometrlik məsafəni əhatə edib. Bununla belə, vulkan külü Medan şəhəri və hava limanı ərazisinə çatmayıb. Vulkana görə təxliyə elan edilməyib.
Sinabuq vulkanı dəniz səviyyəsindən 2.460 km hündürlükdə yerləşir. İlk dəfə vulkan 400 il sonra 2010-cu ildə püskürüb. Sonra isə 2013 və 2014-cü illərdə vulkan püskürməsi qeydə alınıb. 2015-ci ildə ərazidə yaşayan 6 min yerli sakin təxliyə edilib.