​Sülhməramlılarımızın bir qrupu Əfqanıstana yollandı - VİDEO

Baxış sayı:
6207

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan ordusunun 52 nəfər sülhməramlısı aprelin 3-də plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.
 
Muxalifət.az bildirir ki, bu barədə Axar.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycan ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.