Sülhməramlı Rusiya, məsləhətçi Iran, məğlub Ermənistan, baş müttəfiq Türkiyə və iki dost... - JALƏ MÜTƏLLİMOVA YAZIR

Baxış sayı:
2242

Bütün incəliklərinəcən düşünülmüş savaşın ağıllısı, qüdrətlisi və fədakarı DÖVLƏTDIR, ORDUDUR. Kimsə onlardan uca, üstün, ağıllı, məlumatlı deyil.
Əsirlərdir işğal edilən dövlət özünü dünyaya başqa yöndən, mübariz kimi, göstərdi. Işğal altındakı ərazilərini azad etdi. Həsrətini çəkdiyimiz Şuşaya qovuşdurdu bizi.
Neçə şəhər döyüşsüz alınacaq!
Neça ana, gözüyaşlı qalmayacaq!
Neçə gəlin dul, qız qardaşsız, ata oğulsuz, uşaq atasız, ocaq sönmüş qalmayacaq!
Dövlət ərazimiz natamam olmayacaq!
Biz xalq olduq yenidən. Əzik yox, qalib xalq kimi yaşamaq daha çətindir, bilirsinizmi?
Rusiya, Ermənistan, Iran.... bu dövlətlərə, birinci  Dağlıq Qarabağ, savaşına, Cənubi Azərbaycana rəğmən, bölgədə lider, Azərbaycandır.
Bütün dünya bilir, Azətbaycan Ermənistan deyil. Erməniyə edilən, azərbaycanlıya edilə bilməz.
Bütün dünya bilir, siyasi hakimiyyətdən fərqli siyasi  qanadıları niyə və hansı əziyyətlə yığışdırdı Azərbaycan dövləti. Və bu iş inamla davam etməkdədir. 
Bütün dünya bilir, niyə məhdud sayda milli güc olan dövlət xadimləri ilə çıxdı Ali Baş Komandan nəhəng və təzyiqlərlə dolu bir prosesin önünə.
Bütün dünya və ölkə bilir, bu mərhələdə rolu olmasın deyə, ölkənin media sektoru düşünülmüş şəkildə iflas durumuna gətirildi. Mediadakı milli güc sarsıdıldı, amma məhv etməyə gücləri yetmədi. Çünki onları vacib  olanları, ikinci dönəm müstəqilliyə şahid simalar idi. Bu prosesdə israrla dövlətin, ordunun və Azərbaycanın maraqlarının müdafiəsində durdular.
Hər kəs bilsin ki, Dağlıq Qarabağ Prezident Əliyevə VƏTƏN savaşı kimi nə qədər önəmli idisə, Prezident Ərdoğan üçün də siyasi şərəf məsələsi idi. Türkiyə özünün və Azərbaycanın əleyhinə olan heç bir danışığa, heç bir ittifaqa, heç bir sazişə "əvət"  deməzdi.
Rusiya və Türkiyənin gələn hərbi gücünə diqqət edin. Daha sonra rus sülhməranlılarının hətta milli tərkibi haqda xəbərləri izləyin, araşdırın. Görün gələn kimlərdir? Görün "atan kazaklardırmı?"
Xatırlayaq hamılıqla, bizi kimlər və necə çıxarmışdı Dağlıq Qarabağdan. Indi üçüncü, nəzarətçi güc və maraqlı sülhməramlı tərkiblə yanımızdadır.
Azərbaycan ağır geosiyasi bölgədir. Biz daha qırvaq, daha ayıq siysətçi TÜRK balasıyıq bu gündən.

Unutmaq olmaz, qalib ölkə, dövlət və xalq kimi yaşamaq çətin məsələdir. Üstəlik, dövlətin ali rəhbərliyi də dedi ki, prosesə nəzarət edəcək mərkəzə Azərbaycan və  Türkiyə rəhbərlik edəcək. Siz bu siyasi təklifə kimlərin qol çəkdiyinin barı fərqində olun, narazı zümrə.
Müstəqilliyini qoruduğu bütün dönəmlərdə və savaşlarda türk ordusu Azərbaycanın maraqlarına uyğun davranıb, sayğı duyub. Eyni zamanda, özünün də məğlub olacağı heç bir siyasi prosesə qatılmayıb. Yəni prosesdə Azərbaycan və  azərbaycanlıların üstdə olmayacağı təqdirdə Ərdoğan nəyəsə razılıq verməzdi. Çox şey yox, emək olar hər şey simvolikdir. Biz dövlət olaraq, heç kimi qonşuluqdan silə bilmərik, amma onları bizimlə  hesablaşmağa, ağılla vadar edə bilərik.
Səbr! Əzm! Iradə! Əsla və əsla emosianallıq,  sadəlöhvlük, populizm və çevrə, dəstə, partiya, fərdi maraq məsəlısi məhz bu mövzuda  olmamalıdır.
Unutmaq olmaz, müharibəni hərbiçilər başlar, siyasətçilər sonlandırar.
Bu gün Azərbaycan özünün hərbi üstünlüyündən dolayı, təkliflərini diqtə edir. Çox diqqət edək.
Rusiya və Iran,  bu prosesin sülhməramlısı, məsləhətçisi qonşusudur. Ermənistan, məğlub tərəfi. Türkiyə vacib strateji müttəfiqi. Israil, Pakistan dostu.
Odur ki,  çox var ol və sevincini yaşa DÖVLƏT, ORDU, XALQ! Kim nə deyir, desin, sən qalibsən AZƏRBAYCAN!

Jalə MÜTƏLLİMOVA
10.11.2020