"Sülh çeşməsi"ndə 8-ci gün: Türkiyə ordusundan AĞIR ZƏRBƏ, burada şiddətli döyüşlər gedir

Baxış sayı:
16249

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun Suriyanın şimalında PKK/YPG/PYD terror təşkilatına qarşı keçirdiyi “Sülh çeşməsi” (Parış pınarı) əməliyyatı 8-ci günündə planlaşdırıldığı kimi davam edir.
Muxalifet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, oktyabrın 9-da başlanan əməliyyat çərçivəsində indiyə kimi 611 terrorçu zərərsizləşdirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan min kvadrat kilometrlik ərazinin terrordan təmizləndiyini açıqlayıb.
Şəhər mərkəzi terror təşkilatından təmizlənən Rəsulaynın sənaye zonası hesab olunan bölgəsində döyüşlər şiddətlənib. PKK/YPG-nin ciddi silah-sursat ehtiyatı olduğu bölgəyə sızan Suriya Milli Ordusu ilə terrorçular arasında şiddətli döyüşlər davam edir. Atışma səslərini Ceylanpınardan da eşitmək mümkündür.
Terrorçulardan təmizlənən Tel Abyad və ətraf ərazilərdə çox sayda silah-sursat ələ keçirilib.
Suriyanın hökumət güclərinin Münbiçdən sonra Rakkanın şimalındakı Ayn İsaya da girdiyi barədə məlumatlar var. Bundan başqa, Qamışlının bütün məktəbləri və hökumət idarələrində PYD/YPG bayrağının endirilərək Suriya bayrağı ilə dəyişdirildiyi iddia edilir.