“Sülh çeşməsi” Türkiyəni parçalamaq layihəsini növbəti dəfə yırtıb atdı - ŞOK AÇIQLAMA

Baxış sayı:
213

Türkiyə “Sülh çeşməsi” əməliyyatı ilə Sevrdə 100 il əvvəl ortaya atılmış Türkiyəni parçalamaq layihəsini növbəti dəfə yırtıb atıb və çuxura basdırıb.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mətin Feyzioğlu bildirib. İmperialistlərin planlarının 3-5 illik olmadığına diqqət çəkən Feyzioğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiprə çox əhəmiyyət verdiyini və bununla bağlı hər şeyi yaxından izlədiyini bildirib.

Feyzioğlu İngiltərənin sabiq baş naziri Uinston Çörçillin Türkiyənin cənub-şərqi ilə bağlı qurduğu plandan da danışıb:

“Bu planda Türkiyənin cənub-şərqində bugünkü Suriyanın və İraqın şərqində - Sevr razılaşmada - kürd dövlətinin qurulması var. Türkiyə “Sülh çeşməsi” ilə Sevrdə ortaya atılmış Türkiyəni bölmək layihəsini növbəti dəfə cırıb atdı”.