​Süleymaninin siyasi oyunu: Ona "Zülfiqar" hədiyyə etdi - Foto

Baxış sayı:
13954

İran İnqilab Keşikçiləri Korpusunun Qüds briqadasının komandanı Qasım Süleymaninin iraqlı sünnilərin dini lideri ilə görüşməsi mübahisələrə səbəb olub.
Muxalifet.az "Yeni akit"ə istinadən xəbər verir ki, Süleymaninin İraqda siyasi qruplaşmalardan dolayı nazirlik postuna namizədlərin hələ də təyin edilməməsi ilə bağlı din xadimi ilə görüşdüyü bildirilib.
İraq müftisi Mehdi əs-Sumaydai ilə görüşən Süleymani ona "Zülfiqar" qılıncı hədiyyə edib. Bu ziyarət heç də birmənalı qarşılanmayıb, İranın Süleymani vasitəsilə sünnilər arasında söz sahibi olmaq üçün atdığı addım kimi dəyərləndirilib.