“Süleymani ABŞ səfirliyini partlatmaq istəyirdi” - TRAMP

Baxış sayı:
3193

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların hərbçiləri tərəfindən öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Qüds qanadının komandiri, general Qasım Süleymani ABŞ səfirliklərindən birininin binasını partlatmağı planlaşdırırdı.

“Report” TASS-a istinadən xəbər verir ki, ABŞ prezidenti belə iddia ilə Ağ Evdə jurnalistlərin suallarına cavab verərkən çıxış edib.

"Belə deyəcəm - biz əsl bədheybəti tutduq. Biz onu zərərsizləşdirdik. Bu çoxdan çox olmalı idi. Biz bunu etdik, çünki onlar bizim səfirliyimizi partlatmaq istəyirdilər", - dövlət başçısı deyib.

"Biz bunu həm də başqa səbəbdən etdik (Süleymaninin öldürülməsi -red), hansı ki, olduqca aydın idi. Qurbanlar vardı, bizim hərbi qulluqçularımızdan biri həlak oldu”, - deyə Tramp əlavə edib.

O, söhbətin ABŞ-ın məhz hansı diplomatik nümayəndəliyindən getdiyini açıqlamayıb.