Süleyman Soylu İmamoğlu ilə bağlı yayılan şaiyələrə son qoydu

Baxış sayı:
4268

Türkyənin Daxili İşlər naziri Süleyman Soylu İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun yerinə qəyyum təyin ediləcəyi ilə bağlı söz-söhbətlərə son qoyub.

Publika.az "Sözcü"yə istinadən xəbər verir ki, Süleyman Soylu Ankara və İstanbulun seçilmiş bələdiyyə sədrləri ilə bağlı sualı belə cavablandırıb:

“İstanbul əhalisi iyunda bir qərar verdi və bu, demokratik qərar idi. Bələdiyyə sədri Türkiyəni idarə etmək üçün seçilmir. Bələdiyyə öz işini görməlidir. Hədəfləriniz ola bilər. Bunlar gözəl şeylərdir. Yəni bunu arzu edə bilərsiniz, amma əvvəl öz işinizi görməlisiniz. İstanbul və Ankara bələdiyyə sədrlərinin yerinə qəyyum məsələsi müzakirə mövzusu deyil. Terrorla əlaqəniz varsa, dövlət boş durmaz”.