Sui qəsdçilərin Səudiyyə şahzadəsi ilə şəkilləri ortaya çıxdı

Baxış sayı:
5518

Səudiyyə Ərəbistanının İstanbul baş konsulluğuna daxil olduqdan sonra itkin düşən jurnalist Camal Qaşıqçı ilə bağlı istintaqın şübhəlisi arasında yer alan 15 Səudiyyəli arasında Doktor Salah Məhəmməd Al Tubaigynin ədliyyə tibb qurumunun rəhbəri olduğu, Məhəmməd Saad Al Zahrani və Thaar Ghaleb T. Alharbininsə kral mühafizəsinin əməkdaşları olduğu ortaya çıxıb.
 
Sui qəsd qrupunda dəlilləri məhv edən şəxs məlum oldu!
 
Kralın mühafizəsinin önəmli şəxslərindən olan Məhəmməd Saad Al Zahrani və Thaar Ghaleb T. Alharbinin Səudiyyə Ərəbistanının rəsmi xəbər televiziyası “Ekhbariya”-da yayımlanmış bir görüntüsü əldə edilib.
5 aprel 2017-ci il tarixli görüntüdə yer alan iki şəxsin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın yanında qoruma kimi yer aldığı görsənir.
 

Şahzadənin dərhal yanındakı adam Al Zahranidir. Onun arxasındakı isə Alharbidir.
 
 
Məhəmməd Saad H. Alzahrani
 

 Thaar Ghaleb T. Alharbi

Müxalifət.az