Sui-qəsd təşəbbüsü ilə bağlı kritik gəlişmə

Baxış sayı:
2407

“Reuters”-ın Venezüela daxili işlər naziri Nestor Reverolin açıqlamalarına əsaslandırdığı xəbərində dövlət başçısı Nikola Maduroya qarşı sui-qəsd cəhdinə qarışdıqları şübhəsi ilə 6 nəfərin həbs edildiyini bildirib.
 
Venezüelanın informasiya naziri Jorge Rodriguez də, bu gün etdiyi açıqlamada, Maduroya sui-qəsd cəhdi zamanı 3 insansız hava vasitəsinin (İHA) partladığını bildirib.
Qeyd edək ki, paytaxt Karakasdaki hərbi mərasimdə çıxış etdiyi dövrdə Venesuela dövlət başçısı Nikola Maduroya qarşı bomba yüklü dron ilə təşkil olunan hücumda, Maduro hadisə yerindən xəsarət almadan uzaqlaşdırılsa da, 7 əsgərin yaralandığı bildirilib.
Müxalifət.az