Səudiyyənin sui-qəsd planları ortaya çıxdı: ORTALIQ QARIŞACAQ

Baxış sayı:
1099

“The New York Times” qəzeti, İran əleyhdarı bəzi iş adamlarının təxminən 2 il əvvəl İran iqtisadiyyatını çökdürmək üçün etdikləri plan çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Səudiyyə Ərəbistanlı səlahiyyətlilərlə görüşdüyünü ortaya çıxarıb.
 
Xəbərdə, Camal Qaşıqçı cinayətindən sonra vəzifədən çıxarılan Səudiyyə Ərəbistanı kəşfiyyat şefinin müavini Əhməd əl Asiri'nin, İrana yönəlik plan çərçivəsində keçirilən bir yığıncaqda İranlı şəxslərə qarşı sui-qəsd planları haqda danışıb.
“The New York Times” (NYT) qəzeti, bəzi qaynaqlarına söykədiyi xəbərində, son dövrdə jurnalist Camal Qaşıqçı cinayəti səbəbiylə tənqid oxlarının hədəfi olan Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi və ətrafındakı şəxslərin uzun müddətdir düşmənlərinə qarşı sui-qəsd planları olduğu bildirilib.
NYT-nin xəbərinə görə, Livan əslli Amerikan iş adamı və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Al Nahyan'ın məsləhətçisi Corc Nader'in təşəbbüsü ilə hazırlanan bir planda İranın iqtisadiyyatına qarşı təxribat hazırlanıb. İddiaya görə, Nader, bu planı şahzadə Məhəmməd ilə müzakirə edib və planı Ağ Ev səlahiyyətlilərinə təqdim edib.
Bu planın digər bir hissəsi İsrailli iş adamı Joel Zamel idi. O, ölkənin kəşfiyyat və təhlükəsizlik orqanları ilə sıx əlaqələri olan biridir.
 
BƏƏ, ABŞ və SƏUDİYYƏ ƏRƏBİSTANLA QAPALI KAPILAR ARXASINDA TOPLANTILAR
 
Zamel və Nader'in 2016-ci ilə dayanan planı daxilində, İran İnqilab Mühafizəçiləri Ordusuna məxsus Qüds Qüvvələrinin gizli qlobal mal varlıqlarını ortaya çıxarma, İranda gərginlik yaratmağa yönəlik saxta sosial media hesabları açmaq, İrandakı müxalif qruplara maliyyə yardımı, üst səviyyə İranlı səlahiyyətlilərə yönəlik ittihamları ictimaiyyətə bəyan etmək kimi elementlər var idi.
ABŞ-da 2016-da keçirilən prezident seçkilərində Demokrat namizəd Hillari Klintonun qələbə çalacağını düşünən Zamel və Nader, planlarını Belçikadakı bir yığıncaqda Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı rəsmilərinə də söyləyib.
 
TRAMP RƏHBƏRLİYİ İLƏ GÖRÜŞDƏ ASİRİ DƏ VARMIŞ
 
Ancaq seçkilərdən Tramp'ın qalib çıxmasından sonra Nader və Zamel, New Yorka gedərək Trampın səlahiyyətlilərinə və Səudiyyə generallarına planlarından bəhs edib. Bir New York otelindəki görüşdə, Qaşıqçının qətlindən sonra vəzifəsindən çıxarılan Səudiyyə kəşfiyyatı məmuru Əhməd Əl-Asiri də olub.
Səudiyyəlilər bu kampaniyaya pul verməzdən əvvəl Tramp administrasiyasının bu planı təsdiq etməsini istəyirdilər. Tramp, rəsmi olaraq 2017-ci ilin yanvarında vəzifəyə gəldikdən sonra Nader, Ağ Ev səlahiyyətliləri ilə görüşməyə davam edib.
 
ASİRİ SUİ QƏSD PLANINI ORTAYA QOYMUŞDUR
 
2017-ci ilin martında Səudiyyə Ərəbistanının paytaxtı əl Riyadda görüş keçirilib. Burada aralarında Asiri'nin də olduğu üst səviyyə Səudiyyə səlahiyyətliləri, İran İnqilab Mühafizəçiləri Ordusunun Qüds Qüvvələrinin komandiri Qasım Süleymani və Səudiyyə Ərəbistanının düşməni olaraq düşünülən başqa birisinin öldürülməsi niyyətlərini ortaya qoyub.
Yığıncaqda iştirak edən iş adamları bu barədə tərəddüd ediblər və bu barədə vəkillərinə müraciət etmələri lazım olduğunu söyləyiblər. Daha sonra iş adamları heç bir sui-qəsdə qatılmayacaqlarını söyləyiblər.
Qaşıqçı istintaqını yaxından təqib edən bir Səudiyyə səlahiyyətlisi, NYT-a etdiyi açıqlamada, Asiri'nin sui-qəsd planlarının Səudiyyə Ərəbistanının rəsmi siyasətini əks etdirmədiyini iddia edib. Ancaq NYT-nin ələ keçirdiyi elektron poçtlarda Nader'in Asiri ilə görüşdüyü zamanlarda, Məhəmməd bin Salman ilə də görüşdüyü aydın olur.
Ayrıca xəbərdə Asiri'nin Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmana yaxınlığının da uzun müddətdir bilinən bir gerçək olduğu vurğulanıb.
Müxalifət.az