“Səudiyyənin neft zavodlarını İran vurub” – Müxalifət təsdiqlədi

Baxış sayı:
16519

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın neft zavodlarına «dron»ların hücumunın günahkarı İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) döyüşçüləridir. Hərbçilər islam respublikasının ali rəhbərliyinin icazəsi ilə hərəkət ediblər. Bu barədə müxalif İran Milli Müqavimət Şurası (İMMŞ) bəyan edib.

Bəyanatla təsdiqlənir ki, pilotsuz uçaqlar İranın cənub-qərbində yerləşən «sadə» hərbi bazadan buraxılıb. Bununla diqqəti İİKK-dan yayındırmaq məqsədi güdülüb.

Bu arada Amerikanın «CBS» kanalı zərbə anını nümayiş etdirib. Səudiyyənin varis şahzadəsi Mohəmməd ben Salman bu videoya reaksiya verib və İranı nəzərdə tutaraq, bəyan edib ki, «yalnız axmaqlar dünya neft hasilatının 5 faizini vura bilər».

Onun sözlərinə görə, Səudiyyənin hava hücumundan müdafiə sistemi hücumun qarşısının alınmasının öhdəsindən gələ bilməyib, belə ki, krallıq (ərazi baxımından – red.) Qərbi Avropadan böyükdür və hələlik «bütün istiqamətlərdən qorunmaq mümkün deyil».