Səudiyyənin konsuluna tövsiyə: “TÜRKİYƏYƏ SIĞIN, SƏUDİYYƏ REJİMİNİ İFŞA ET”

Baxış sayı:
2056

Səudiyyə rejiminə müxalifətdə olub sürgün həyatını yaşayan Məhəmməd Mesari iştirak etdiyi televiziya proqramında Camal Qaşıqçının öldürüldüyünə dair dəlilərin prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edildiyini iddia edib.
 
İngiltərədə sürgündə yaşayan Səudiyyə rejiminə müxalif, İslami Təcdid Partiyasının lideri Məhəmməd Mesari 12 oktyabrda qonağı olduğu “əl Hivar” kanalında sıx maraq göstərilən iddialarla çıxış edib.
 
Qaşıqçı öldürüldü və parçalandı
 
Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbul Konsulluğundan Səudiyyə rejimi tərəfindən qaçırılmaya çalışıldığını, bu cəhd uğursuz olunca, öldürüldüyü və cəsədinin parçalandığı məlumatını əldə etdiyini bildirən Mesari, olanlara dair dəlillərin Türkiyə prezidenti Ərdoğanın əlinə keçdiyini, Səudiyyə rejiminin özlərini çox çətin bir vəziyyətə saldıqlarını, Məkkə valisi Xalid bin Faysalı bu mövzunu müzakirə etmək üçün Türkiyədə olduğunu, 15 iyul çevriliş cəhdinin də təşkilatçılarından olduğu bildirilən Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı casus Məhəmməd Dahlanın da sui-qəsdin təşkilində barmağı və vəliəhd şahzadə Məhəmməd bin Salmanla sıx əməkdaşlıqda olduğunu iddia edib
Mesari, ABŞ-da FTB-nin Donald Trampa qarşı olduğunu, Qaşıqçı məsələsini alət edərək Trampı zəiflətməyə çalışdığını, bu səbəbdən Trampın Qaşıqçı haqqında danışmaq məcburiyyətində qaldığını əlavə edib.
 
İstanbuldakı baş konsul çətin vəziyyətdədir
 
İstanbuldaki Səudiyyə konsulu Məhəmməd Uteybinin Türkiyənin axtarışla bağlı icazə tələbləri ilə Məhəmməd bin Salmanın olayı örtbas etdirmə təzyiqləri arasında qaldığını bildirən Mesari, Uteybiyə konsulluqdan istefa edərək Türkiyəyə sığınmasını və Səudiyyə rejimini ifşa etməsnii tövsiyə edib. Uteybinin Səudiyyə Ərəbistanına qayıtdığı təqdirdə Səudiyyə rejimi tərəfindən öldürüləcəyini iddia edib.
Müxalifət.az