Səudiyyənin çirkli planı ifşa oldu: 'İşğal edəcəkdilər, ABŞ əngəl oldu'

Baxış sayı:
472

ABŞ-ın The Wall Street Journalqəzeti Səudiyyə Ərəbistanı liderliyindəki 4 ölkənin Qatara qarşı “müharibə” elan etməsinin altında bu ölkənin dünyanın ən zəngin mayeləşdirilmiş təbii qaz sahələrinə sahib olmasından qaynaqlandığını yazıb. Qəzet, "Səudiyyə şahzadəsi bin Salman bir gecədə Qətəri işğal edəcəkdi, ancaq bu reallaşmadı" deyə yazıb.
 
Amerikan “The Wall Street Journal” qəzet, Səudiyyə Ərəbistanı ordusunun terrora dəstək verdiyi bəhanəsiylə Qətəri 2017-ci ildə işğal etməyi planladığını, ancaq ABŞ icazə vermədiyi üçün bunun reallaşmadığını yazıb.
Səudiyyə Ərəbistanının Qətəri işğal etməsi planının altında Qətərin dünyanın ən zəngin mayeləşmiş təbii qaz ehtiyatlarına sahib olmasının yatdığını yazan qəzet, "Səudiyyə Ərəbistanının dünyanın ən böyük ikinci mayeləşdirilmiş təbii qazı ixracatçısı olan Qətəri bir gecədə işğal edəcəkdi" deyə qeyd edib.
 
Anlaşılmazlıq terrora dəstəkdən deyil
 
Qəzet ABŞ-lı səlahiyyətlilərin Səudiyyə Ərəbistanı ilə Qətər arasındakı sərhəd anlaşılmazlığının Doha rəhbərliyinin terrora dəstək verməsindən deyil, Riyad rəhbərliyinin zəngin mayeləşdirilmiş təbii qaz sahəsini nəzarət etmə planı üzündən çıxdığını təsdiqlədiyini yazıb.
 
ABŞ icazə verməyib
 
Səudiyyə Ərəbistanının Qətəri işğal etməsinin beynəlxalq razılaşmaların pozuntusu olacağı mövzusunda ABŞ-ın Riyad rəhbərliyini xəbərdar etdiyini ifadə edən qəzet, Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın 2030-a yönəlik vizionunu reallaşdırmaq üçün Qətərin işğalını düşünməsinin ana səbəblərindən biri olduğunu yazıb.
Qəzet dünyanın ən böyük altıncı təbii qaz ehtiyatına sahib Səudiyyə Ərəbistanının təbii qazın çıxarılmasını neftdən daha az xərcli və daha çox qazanclı gördüyünü ifadə edib.
Müxalifət.az