Səudiyyənin Baş Konsulluğu Qaşıqçının məzarına çevriləcək: “Camalın səsi onları boğacaq”

Baxış sayı:
2533

Türk-Ərəb Media Dərnəyi nin(TAM) başqanı Turan Kışlakçı, "Səudiyyə Ərəbistanının Baş Konsulluğu Camal Qaşıqçının muzeyi və qəbri olsun" kampaniyası çərçivəsində təxminən 20 iş adamının ərazini satın almaq üçün hazır olduğunu bildirib.
 
Baş Konsulluq binasının Qaşıqçı-ya qəbir kimi təsis edilməsinə dair kampaniya, Mədinədə qəbir təklifi və beynəlxalq medianın Qaşıqçı hadisəsi ilə bağlı mövqeyini Anadolu Agentliyinə dəyərləndirən Kışlakçı, Yaponiyadan Latın Amerikasına, Cənubi Afrikadan Avropaya qədər bütün dünya mediasının cinayətə böyük əhəmiyyət verərək təqib etdiyini, Türkiyənin də prosesi çox yaxşı idarə etdiyini söyləyib.
Türkiyənin hadisənin əvvəlindən etibarən bütün məlumatları beynəlxalq mətbuatla bölüşdüyünü vurğulayan Kışlakçı, beləliklə, cinayətin dünyanın əsas gündəmi olduğu, dünyanın ən yaxşı jurnalistlərinin hadisəni izləmək üçün Türkiyəyə gəlib, Qaşıqçı-ya, jurnalistikaya sahib çıxdıqlarını qeyd edib.
Müxalifət.az