Səudiyyəni parçalamaq PLANI: 4 HİSSƏYƏ BÖLÜNƏCƏK

 Parçalanmış İslam dünyası planının ən önəmli addımlarından biri olan "bölünmüş Səudiyyə Ərəbistanı” layihəsi yenidən dövriyəyə buraxılıb.
 
15 İyul çevrilişi ilə Türkiyəni parçalaya bilməyənlər indi gözünü Səudiyyə Ərəbistanına çeviriblər. Bu kontekstdə ABŞ və İsrail "Mötədil İslam" layihəsi ilə S. Ərəbistanının parçalanması planını həyata keçirməyə başlayıb. Bu yöndə Neocon Ralf Petersin dörd hissəli xəritəsi üçün düyməyə basılıb. Plana görə Məkkə və Mədinə Vatikanın bənzəri olan bir quruluş tərəfindən idarə ediləcək. Ər-Riyad mərkəzli ikinci region, "Mötədil İslam” layihəsinə paytaxtlıq edəcək. Ərəbistanın digər torpaqları “Böyük İsrail” üçün ayrılacaq. El-Katiyf və el-Demamda da Şiə dövləti qurulacaq.
Səudiyyə Ərəbistanının şimal-qərbində isə "Böyük İordaniya” layihəsinin hissəsi kimi ayrıca bir idarəçilik zonasının yaradılması nəzərdə tutulur.


 
 TÜRKİYƏNİ PARÇALAYA BİLMƏYİNCƏ, İKİNCİ FAZA DÖVRƏYƏ GİRDİ
 
 Neo-Conların əhəmiyyətli şəxslərindən olan Ralp Pitersin Vaşinqton Enterprise İnstitutunda hazırladığı və "Qanlı Sərhədlər” başlığını verdiyi məqaləsi Amerika Silahlı Qüvvələrinin jurnalında dərc olunmuşdu. ABŞ-ın köklü nəşrlərindən olan və olduqca əhəmiyyət verilən jurnaldakı məqaləsində Peters, "Demokratiyanı yaymaq və terrorizmin kökünü kəsmək üçün Yaxın Şərqin sərhədlərinin yenidən müəyyənləşdirilməsi lazımdır" demiş və bir xəritəyə yer vermişdi. Türkiyə üzərində planlaşdırılan kürd və ermənilər üzərində qurulmuş terror dövləti xəyalının də yer aldığı xəritədə "Kürdüstan” dövləti bölgənin ən Qərb yönümlü bölgəsi olaraq planlaşdırılırdı. Ancaq bu xəyal, Şimali İraqda referendum oyununun pozulması ilə əngəllənincə, ABŞ planın ikinci böyük mərhələsi olan "bölünmüş Səudiyyə” ssenarisini işə salıb.
 
 "İSLAM VATİKANI”NDA DÜNYƏVİ XƏLİFƏ PLANI
 
Pentagon və MKİ-nin planlarına görə, Məkkə və Mədinənin Səudiyyənin nəzarətindən alınaraq, bölgənin bütün müsəlman qruplarını özündə ehtiva edən bir şura tərəfindən idarə edilməsi və burada Vatikanın bənzəri olan bir İslam Dövləti yaratmaq məqsədi güdülür. Vatikanın bənzəri olan bir dövlətin Qərbi narahat etməyəcəyinə ümid edilir. Neo-Con planında, Məkkə-Mədinə xüsusi idarəetmə bölgəsinin başına dünyəvi bir xəlifənin gətirilməsi də var. ABŞ beləliklə İslam dünyasına daha rahat nəzarət etməyi ümid edir. Başında marionet bir xəlifənin olacağı Hicaz mərkəzli müqəddəs bölgə yalnız Məkkə-Mədinə xəttini əhatə edəcək.
 
 10 İLDƏ HƏYATA KEÇİRİLƏCƏK
 
 Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə, Yəmən, Bəhreyn, Qətər, Küveyt və İordaniyanı əhatə edən yeni xəritənin formalaşması üçün 10 illik bir planın hazırlandığı iddia edilir. Bütün bu planlardan sonra Səudiyyə Ərəbistanının qurucu kralı Abduləzizin uşaqlarının birgə idarəetmə prinsipi daxilində 50 ildir davam edən idarə formasının dəyişməsi və Yəmənlə baş verən problemlərin Səudiyyəni böyük bir dağılma riski ilə qarşı-qarşıya gətirəcəyi bildirilir. Mütəxəssislər, Şiə bölgələrinin ayrılmasına paralel olaraq, ölkənin "Əmirlər” səviyyəsində də parçalanacağını qeyd edir. Səudiyyənin el-Katiyf, el-İhsaa, el-Demam, Zahrn, Kubar və Cüneyil bölgələrinin əsas əhalisi Şiələrdən ibarətdir. Yəmən, Bəhreyn və Livanla baş verəcək münaqişələr və ölkə içindəki siyasi davranışlar bu bölgədə kütlələri hərəkətə keçirəcək. ABŞ-ın planlarına sinxron olaraq bu bölgələrdə meydana gələ biləcək mümkün qiyamların da daha çox parçalanmaya səbəb ola biləcəyi ifadə edilir.
Müxalifət.az