Səudiyyəlilərin Qaşıqçı cinayətində daha bir fırıldağı üzə çıxıb

Baxış sayı:
5320

Səudiyyə jurnalisti Camal Qaşıqçının qətli ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
 
Səudiyyənin konsulluq əməkdaşları Qaşıqçı-nın öldürüldüyü 2 oktyabrda konsulluğa aid təhlükəsizlik kamera sisteminin səsyazma cihazını sökməklə yetinməyib, bir müddət sonra Qaşıqçı-nın və onu qətlə yetirən qrupların konsulluğa girişini gizlətmək üçün polis məntəqəsində yerləşən kameralara da müdaxilə etməyə çalışıb. Konsulluq əməkdaşları 6 oktyabr saat 01.00-da polis otağında olan təhlükəsizlik kameralarını nəzarət etmək bəhanəsi ilə kompüterə müdaxilə etdikləri və bu zaman cihazı şifrələdikləri müəyyən olunub. Halbuki, İstanbul polisi bu görüntüləri 5 oktyabr günü, yəni bir gün əvvəl saat 19.00-da almışdı. İkinci dəfə görüntüləri kompyuterdən götürmək istəyəndə DVR cihazının şifrələndir aydın olub. Buna baxmayaraq, hüquq-mühafizə orqanları şifrəni sındırıb, görüntüləri əldə edə bilib.
Səudiyyə rəsmilərinin məqsədinin Qaşıqçı-nın konsulluğa daxil olduğuna dair kamera görüntülərini qaraltmaq olduğu qeyd edilib.
Qeyd edək ki, hüquq-mühafizə və MİT, Qaşıqçı-nın Baş Konsulluqda itdiyini 3500 kamera qeydiyyatını ətraflı şəkildə araşdıraraq ortaya çıxarmış və Ər-Riyad cinayəti bunun sayəsində etiraf etmək məcburiyyətində qalmışdı.
Müxalifət.az