Səudiyyəlilərə çox pis xəbər! ABŞ artıq...

Baxış sayı:
1291

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Yəməndəki müharibədə iştirak edən Səudiyyə Ərəbistanının döyüş təyyarələrinin bəzilərinin yanacaqlarını təhciz etməyi dayandıracaq.
 
Amerika mediasına açıqlama verən və adının açıqlanmasını istəməyən yüksək səviyyəli ABŞ rəsmisi, Pentaqonun bu yöndə son qərar vermə ərəfəsində olduğunu bildirib.
Son qərarın nə zaman qəbul olunacağı və Konqresin nə vaxt məlumatlandırılacağının hələ məlum olmadığı bildirilən xəbərdə, ABŞ-ın Səudiyyə Ərəbistanına yönəlik digər hərbi yardımlarının isə davam edəcəyi qeyd edilib.
 
ABŞ Yəmən məsələsində legitimlik axtarır
 
Xəbərdə, Yəməndə çox sayda mülki əhalinin həyatını itirməsinə səbəb olan hava hücumlarına qarşı uzun müddətdir ABŞ-ın biganə qaldığı, bu son qərarın ictimaiyyətdə necə bir narazılıqla qarşılanacağının isə qeyri-müəyyən olduğu ifadə edilib.
Camal Qaşıqçı cinayətindən sonra tənqid oxlarını toplayan ABŞ-ın, Yəmən mövzusunda legitimlik axtarışında olduğu və bu addımla "Səudiyyə Ərəbistanının hücumlarına qarşı Yəməndə tədbir gördüyünü söyləmək" imkanı əldə edəcəyi qeyd edilir.
Müxalifət.az