​Səudiyyədən Türkiyəyə təşəkkür: Qaşıqçı olayı...

Baxış sayı:
2548

Camal Qaşıqçı olayı ilə bağlı birgə istintaq qrupu yaradılması təklifini Türkiyənin müsbət dəyərləndirməsindən dolayı məmnunuq.
Muxalifet.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin məlumatında deyilib.
“Sözügedən addım təqdirəlayiqdir. Birgə istintaq qrupunun əməkdaşlıq çərçivəsində üzərinə düşən öhdəliyi ən yaxşı şəkildə yerinə yetirəcəyinə inanırıq”, - deyə bildirilib.
Qeyd edək ki, müxalif jurnalist Camal Qaşıqçı bir müddət əvvəl Səudiyyənin İstanbul konsulluğunda yoxa çıxıb.
Onun öldürüldüyü ehtimal edilir.